Ramaldan yeni xəbər

Azərbaycanlı bəstəkar və müğənni Ramal İsrafilov yeni layihələrindən söz açıb. O, 2013-cü ildə bir çox yeni layihələr həyata keçirmək istədiyini dilə gətirib. SİA-ya açıqlama verən Ramal Türkiyədə üzərində işlədiyi albomu haqqında danışıb: "Bir çox proyektlər üzərində çalışıram. Türkiyədə üzərində işlədiyim albom bu yaxınlarda işıq üzü görəcək. Nəzərinizə çatdırım ki, o albom üzərində 3 ildir ki, əziyyət çəkirəm. Onu da deyim ki, albomda 10 mahnı yer alıb. Bir sözlə, məni sevən tamaşaçılar üçün çox maraqlı layihə olacağına əminəm".

Bütün xəbərlər Facebook səhifəmizdə