Almaz Ələsgərlinin gənc oğlanla şəkilləri yayılıb

Əmkdar artist Almaz Ələsgərlinin gənc oğlanla şəkilləri yayılıb. Hər kəs bu şəklə bir məna verdi, amma əsl həqiqəti həmin gənc danışdı. Sən demə, bu gənc müğənni Ramal Əsədzadədir. O özünü Almaz Ələsgərlinin şagirdi və davamçısı kimi təqdim etdi: "Lider tv-də yenicə açılmış "Almazlı dəqiqələr" verilişinin müəllifi və aparıcısı Almaz xanımdır. Veriliş boyu canlı ifalar təqdim olunur ki, bu işdə mən də Almaz xanıma yardımçı oluram".

Gənc müğənni Almaz Ələsgərova ilə duetlərindən də danışdı:

"Veriliş bizim ilk iş birliyimiz deyil. Bundan öncə biz Almaz xanımla "Azərbaycan" adlı vətənpərvər ruhlu mahnını duet şəklində ifa etmişik. O, mənim arzumdur və başqa söhbət ola da bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə