Dj-lər arasında qalmaqal səngimir QALMAQAL

Dj-lər arasında qalmaqal səngimir QALMAQAL

Bir müddət öncə DJ Roshkanın atmacalarına DJ China cavab verib. SİA-nın verdiyi xəbərə görə, onlar kanalların birində yayımlanan verilişlərin birində bir-birlərinə ismarıc göndəriblər. DJ Roshka efir vasitəsilə ilə həmkarına bunları deyib: "O DJ-lər ki deyir, mən başqa ölkələrin DJ festivallarında yer tutmuşam, qoy əvvəlcə Azərbaycanda bir yer tutsunlar, sonra başqa ölkələrə əl atsınlar. Əsas populyar olmaq deyil, xalqın sevgisini qazanmaqdır. Mən fəxr edirəm ki, mənim paxıllığımı çəkən DJ-lər var. Deməli, mən varam! DJ-lərin ilk yüzlüyündə mənim adım varsa, deməli, mən nəyəsə nail olmuşam!".

DJ China ünvanına daş atan DJ Roshkanı isə "yıxıb, sürüyüb": "Mən belə bir DJ tanımıram".

DJ Roshka isə davasından əl çəkməyib: "Əgər məni tanımırsa, deməli, toylardan başı açılmır. Başı açılsa, tanıyar. Mənimlə də bir neçə dəfə görüşüb və deməli, məni yaxşı tanıyır".

DJ Roshka tezliklə 8 trekdən ibarət albom buraxacağını da bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə