Tanınmış teleaparıcı məşhur müğənnilərə “mən” qadağası qoydu

Tanınmış teleaparıcı məşhur müğənnilərə “mən” qadağası qoydu

"İmza Mən " verilişi ilə tamaşaçılarına yerli və dünya ulduzlarının bilinməyən tərəflərini tanıdan teleaparıcı Səxavət Nur yenidən radio aparıcılığına başlayıb.

SİA-ya bu barədə məlumat verən teleaparıcı bildirdi ki, bir həftədən sonra radio layihəsinə start verəcək : "Araz FM-də həftədə 1 dəfə yeni radio verlişimlə dinləyiciləri sevindirəcəm. "Mənsiz şou" adlanan bu layihədə tanınmışlar qonaq olacaq. Burda ulduzlar özlərindən və planlarından danışmayacaqlar. Yəni "Mən" sözünü işlətməyə qadağa qoyulacaq. Söhbət yalnız dünyadakı və ölkəmizdəki əsas hadisələr, mədəniyyət olayları, başqa ifaçılar haqqında olacaq. Daim odlu alovlu çıxışlar edən ulduzlarımız görünür ki, bu şou layihə vasitəsilə yeni qalmaqallara imza atacaqlar"

Fevralın 23-də verilişin ilk buraxılışında saat 15:00-də qonaq Teymur Əmrah olacaq.

Səxavət Nur yaxında telelayihə ilə də görünəcəyini deyib: "Yeni televiziya şousu hazırlayıram. Bir neçə ideya və layihə üzərində iş gedir.n Hələlik verilişin yayımlanacağı tv kanal müəyyən olunmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə