Çağatay Ulusoyun "Aşk hikayesi"
Türkiyənin tanınmış və gənc aktyoru Çağatay Ulusoydan xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, məşhur aktyorun gələn mövsümdə yayımlanmağa başlayacaq teleserialının adı açıqlanıb. Baş rollarını Çağatay Ulusoy və Serenay Sarıkayanın canlandırdığı filmin adı "Aşk Hikayesi" olacaq. Nəzərinizə çatdıraq ki, filmin ssenarisi xarici "The OC" teleserilından götürülüb. Türk versiyada çəkilən filmin adını isə ssenarist Ece Yörenç açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə