Natəvan Həbibi səhnədən gedir ?

Azərbaycan estradasının müğənnisi Natəvan Həbibi şəxsi həyatından danışıb. O, hələ ailə qurmaq istəmədiyini dilə gətirib. Telekanalların birində açıqlama verən xanım Həbibi nikaha daxil olduqdan sonra sənətinə "əlvida" deyəcəyini bildirib: "Hələ ki, ailə qurmaq haqqında fikirləşmirəm. Çünki bu, qismətə bağlıdır. Amma bir aya da evlənə bilərəm. Onu da deyim ki, ailə qurduqdan sonra səhnədən uzaqlaşacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə