Tatlıses: "Kürd də, türk də insandır"

Türk musiqisinin "imperator"u müğənni İbrahim Tatlısəs türklərlə kürdlər arasında bitməyən savaşa sərt şəkildə münasibətini bildirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Tatlıses ona sataşanlara cavab verib: "Ölkənin mağarasında və ya sarayında doğulmağımın nə fərqi var? Yenə eyni İboyam, əvvəl nə idimsə, indi də eyniyəm. Bura mənim vətənimdir. Türkiyədə yaşayan kürd də, türk də insandır. Heç birinin qanlı köynəyini görmək istəmirəm. Bu da mənim haqqımdır. Millətçiyəm deyib sinəmə lövhə asmalıyam? Bu ölkənin azad vətəndaşı olaraq barış istəyə bilmərəm? Gəlin, bu işi mən-sən davasından çıxaraq. Biz varıq deyək. Bunu etmək bizim əlimizdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə