Tarkan 7,5 milyon manat qazanacaq

Türkiyənin meqastarı Tarkandan xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, sənətçi bu günə qədər Türkiyədə heç kimin etmədiyi yenilik edib. Müğənni bütün konsertlərini təşkil edən şirkətlə müqavilə imzalayıb. Ölkə daxilində o cümlədən xaricdə 50 konsert verməyə hazırlaşan sənətçi cəmi 7,5 milyon manat pul qazanacaq. Meqastar Türkiyədə bu məbləği əldə edən yeganə sənətçidir.

Nəzərinizə çatdıraq ki, Tarkanın keçən il işıq üzü görən "Adımı Kalbine Yaz" adlı albomu da böyük marağa səbəb olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə