Orhan Ölmez də yaxalandı?

Lider TV-də yayımlanan "Kilip parad" verilişi növbəti çəkilişini İstanbulda edib. SİA-nın verdiyi xəbərə görə, 5 gün qardaş ölkədə səfərdə olan yaradıcı qrupda aparıcı Sami Oruc, prodüsser Pərviz Oqtayoğlu, operator Vüqar Məmmədov, layihə rəhbəri və rejissor Nail Naiboğlu olub.

Onlarla birlikdə İstanbula Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti Cahangir Qurbanov və rəqqasə Aytən də gedib. İstanbulda Böyükşəhər Bələdiyyəsi teatrında çəkilişlər aparılıb. Komanda orada çalışan azərbaycanlı aktrisa Məlahət Abbasova ilə görüşüb. Onlar aktrisa ilə yanaşı müğənni Orhan Ölmez və məhşur aktyor Murat Yıldırımla da da söhbət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə