Məşhur türk teleserialı "Fatmagülün Suçu Ne" Yunanıstanda yayımlanmağa başlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, serialın ilk bölümü keçən cümə günü Yunan Mega televiziyasında tamaşaçı ilə görüşüb. "Yunan Radio Televiziya Üst Qurumuna" (ESRT) şikayət edən "SYRİZA"-nın qadın qolları: "Teleserial təcavüz mədəniyyətinə mükafat verir. Təcavüz də ağır cinayətdir. Bu film səhv mesajdır "-deyə bildiriblər. Böhran dövrlərində qadınlara qarşı zorakılıq hallarının artdığı bir vaxtda təcavüz günahının nümayiş edilməsinin qəbul edilməz olduğunu vurğulayıblar.
Qeyd edək ki, bundan başqa ölkədəki bütün qadınları da bu teleseriala baxmamağa dəvət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB