Murad Dadaşov hansı teleaparıcıları bəyənir? EKSKULİZİV

Murad Dadaşov hansı teleaparıcıları bəyənir? EKSKULİZİV

Azərbaycanın tanınmış teleaparıcısı və şoumeni Murad Dadaşov Azərbaycan səhnəsi üçün yaraşan teleaparıcıdan söz açıb. O, hətta çəkinmədən qadın teleaprıcının adını belə söyləyib. SİA-ya açıqlama verən Dadaşov adını söylədiyi həmkarı haqqında xoş sözlər də bildirib: "Həmkarım Nərgiz Cəlilova Azərbaycan səhnəsinə çox yaraşır. Onunla eyni tədbiri bölüşəndə mənə böyük zövq verir. Nərgizlə çox gözəl anlaşıram. Onu da deyim ki, Cəlilova olduqca gözəl və cazibədar teleaparıcıdır. O, adi həyatda və işdə səmimi xanımdır. Eyni zamanda Dilarə Əliyevanın işindən də razıyam o çox gözəl tərəf müqavilidir. Onu da xatırladım ki, xalq artisti Aygün Kazımova ilə də eyni səhnəni bölüşmüşəm. Kişi teleaparıcılardan isə türk aktyoru Cem Yılmazı çox bəyənirəm. Hətta onunla böyük məmnuniyyətlə bir səhnəni bölüşərdim. Məncə, çox maraqlı alınardı".

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə