Məşhur "Gangnam style" mahnısının müəllifi PSY "Twitter" səhifəsində gələn həftə Türkiyəyə gələcəyini yazıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, müğənni martın 22-də İstanbulda konsert proqramıyla çıxış edəcək.
PSY bildirib ki, konsertlə yanaşı Acun Ilıcalının rəhbərlik etdiyi "Yetenek Sizsiniz Türkiye"də münsiflər kürsüsündə əyləşəcək: "Türkiyədəki heyranlarımı görəcəyim üçün çox xoşbəxtəm".
Qeyd edək ki, Acun Ilıcalı indiyədək öz proqramlarında dünyanın bir çox məşhurlarını qonaq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB