Ulduzlar Bakıya gəlir

Bu il Avropa və dünya hit-paradlarında böyük uğurlar qazanan rumuniyalı ulduzlar - DJ Layla və Dee Dee ilk dəfə olaraq martın 2-də Bakıda konsert proqramı ilə çıxış edəcəklər. SİA-nın verdiyi xəbərə görə, sənətçilərin dünya turu çərçivəsində Bakıda gerçəkləşəcək konsert paytaxtımızda fəaliyyət göstərən klubların birində baş tutacaq. Bu il "Single Ladys" mahnısı ilə populyarlıq qazanan qrupun 2 saatlıq xüsusi proqramla çıxışı gözlənilir.

Qeyd edək ki, konsertin biletlərinin qiyməti 30-50-100 manat arasında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə