Tanınmış teleaparıcı yenidən qayıtdı

Tanınmış teleaparıcı yenidən qayıtdı

Azərbaycanın tanınmış teleaparıcısı Saleh Bağırov Türkiyədən qayıdıb. Saleh orada etdiyi işlərdən söz açıb. SİA-ya açıqlama verən teleaparıcı qardaş ölkəyə səfərindən razı qaldığını deyib: "Uzun müddət idi ki, Türkiyədə yaradıcılığımı davam etdirirdim. Orada TRT telekanalında xəbərlər verilişinin aparıcısı idim. Qardaş ölkəyə hazırda fəaliyyət göstərdiyim İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən göndərilmişdim. Türkiyədə bir çox verilişlərə qonaq qismində dəvət aldım. Mənim üçün böyük təcrübə oldu. Çünki mən öz televiziya tərcümeyi-halıma bunu da əlavə etdim. Onu da nəzərinizə çatdırım ki, bəzi xəbər saytlarda mənim haqqımda məlumat yerləşdirdilər ki, Azərbaycanı birdəfəlik tərk etmişəm. Amma mən özüm haqda belə xəbərləri oxuyanda əsəbləşmədim. Adi hal kimi qəbul etdim. Amma demək istəyirəm ki, Azərbaycanı tərk etməyim müvəqqəti idi. Oradakı işimi bitirib yenidən vətənimə qayıtmışam. Lakin yenidən Türkiyəyə gedib, ya getməməyim isə hələlik məlum deyil. Türkiyə nə qədər yaxşı olsa da adamın öz vətəni və həmkarları daha əzizdir. Qardaş ölkədə olduğum müddət ərzində çox darıxdım. Ancaq səmimi dostlar qazandım. Onu da deyim ki, mənim üçün orda işləmək çox çətin olmadı. Çünki əvvəl TRT AVAZ kanalı ilə ortaq yayımlar aparmışdım. Türkiyədə məni çox yaxşı tanıyırdılar və öz doğmaları kimi qəbul etdilər. Çox böyük zövqnən orada çalışdım. Gözəl insanlarla tanışlığım, iş birliyim oldu. İndi isə yenidə burdayam və öz fəaliyyətimi burda davam etdirirəm. Türkiyə bizə şox qardaş ölkədir və doğmadırlar. Ən əsası isə Azərbaycana çox isti münsibətdədirlər. Bir şeyi də nəzərinizə çatdırım ki, peşəkarlıq baxımından özümüzü Türkiyə televiziyası ilə aşağı tutmamalıyıq. Çünki bəzi sahələrdə onlar bizdən, bəzi sahələrdə isə biz onlardan yüksəyik. Bunları türklərin özləri belə etiraf edirlər. Gəlin özümüzə hörmət edək. Əgər yenidən Türkiyədən iş təklifi gəlsə yenidən gedəcəm. Çünki orada ölkəmizin adından çıxış edirəm və efirdə azərbaycanlı aparıcı kimi təqdim olunuram. Qeyd edim ki, bütün kanallara böyük hörmətim var. Hamımız tamaşaçı üçün çalışırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə