Məşhur türk aktyoru, gənc qızların çox sevdiyi Kıvanç Tatlıtuğdan xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, aktyorun "Gümüş" və "Aşk-ı Memnu" teleserialları Orta şərq ölkələrində izlənmə rekordları qırıb. Bundan əvvəl Yaxın Şərqdə nümayiş olunan ətir reklamında oynayan Tatlıtuğa Ərəb jurnallarından birinin üz qabığında şəkillərinin yayımlanması üçün dəvət gəlib. Kıvanç Tatlıtuğ ilə 25 min manata razılaşan ərəblər çəkiliş üçün İstanbula gəliblər. Ərəblər çəkiliş zamanı aktyorun ərəblər kimi geyinməsini istəyiblər. Lakin aktyor bunu qəbul etməyib: "Mən ərəb deyiləm. Belə çəkilişə icazə vermərəm"- deyə sərt cavab verib. Aktyorun bu hərəkətindən sonra çəkiliş ləğv olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB