"Elitstar" ləqəbi ilə tanınan müğənni Cəmilə və repçi Anar Nağılbaz birgə duet ifa ediblər. SİA-ya açıqlama verən Cəmilə Geri dön" adlı mahnısını məhz 14 Fevral Sevgililər gününə həsr etdiyini deyib: "Sözügedən mahnımı 14 Fevral Sevgililər günü münasibəti ilə Anar Nağılbazla birgə ifa etmişik. Bu musiqi ilə bütün ayrı olan cütlüklərə səslənərək yenidən qovuşmalarını diləyirəm".
Qeyd edək ki, "Geri dön" adlı mahnının müəllifi Altay Yaşardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB