Sevgililər gününə hədiyyə

Kinosevərlərin maraqla gözlədiyi "Romantik Komedi 2: subaylığa vida" filminin təqdimat mərasimi keçirilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, filmdə Sinem Kobal, Engin Altan Düzyatan, Sedef Avcı, Cemal Hünal, Bürc Kara, Gürgen Öz, Gökçe Özyol, Özge Ulusoy və Öykü Çelik kimi məşhur simalar rol alıblar. Mərasimda bir çox tanınmış insanlar da iştirak edib. Sinem Kobal gecəyə göz oxşayan libasla qatılıb. Film bu gün kinoteatrlarda olacaq.

Nəzərinizə çatdıraq ki, yaxın zamanlarda evlənməyə hazırlaşan Sinem Kobalın nişanlısı Arda Turan mərasimə gəlməyib.

Qeyd edək ki, filmin finalındakı toy səhnəsinin sürpriz qonağı illərin sənətçisi Ajda Pekkan olub. İllər sonra yenidən filmlərdə iştirak edən Pekkan "Yakar Geçerim" adlı mahnısını səsləndirib.

Sözügedən mərasimin şəkillərin oxucularımıza təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə