Baş nazir nigaha şahidlik edəcək

Türkiyənin tanınmış və gənc aktrisası Sinem Kobaldan xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, aktrisa Sinem Kobal uzun müddətdir ki, sevgili olduğu Arda Turanla olan əlaqəsindən danışıb. Onlar jurnalistlərə verdikləri açıqlamada, 2013-cü ilin 15 iyununda Türkiyədəki saraylardan birində evlənəcəkləri haqda xoş xəbər veriblər.

Nəzərinizə çatdıraq ki, Arda Turan Futbol üzrə Türkiyə yığmasının və İspaniyanın "Atletico" (Madrid) klubunun futbolçusudur.

Qeyd edək ki, Arda Turan və Sinem Kobal cütlüyünün nikah mərasiminə Baş nazir Rəcəb Tayyib Ərdoğan da şahid kimi qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə