Azərbaycanın tanınmış bəstəkarı Nazim Məmmədov şəxsi həyatından danışıb. Yaxın zamanlarda ata olacağını deyib. SİA-ya açıqlama verən bəstəkar dünyaya gəlmək üzrə olduğu övladının adını da açıqlayıb: " Bildiyinizə görə, 2012-ci il mənə çox düşərli oldu. Çünki iyul ayının 3–də ailə həyatı qurdum. Qismət olsa yaxın aylarda ata olacam. Həkimlərin dediyinə görə, qız övaladım dünyaya gələcək. Artıq adını belə fikirləşmişəm. Adı xanımalar xanımı Fatimeyi Zəhranın adını qoyacam. Ancaq hələ dünyaya gəlməmiş qızımı Xanım deyə çağıracam".

Bütün xəbərlər Facebook səhifəmizdə