Biznesmen müğənni “alov” püskürdü

Biznesmen müğənni “alov” püskürdü

"6 aya türk şou-biznesini darmadağın edəcəm. Buna həm pulum, həm də gücüm də çatar ". Bu sözləri SİA-ya açıqlamasında şou-biznesdə iddialı açıqlamaları ilə tanınan müğənni Orxan Babazadə deyib. Biznesmen-müğənni son vaxtlar Türkiyəyə üz tutan müğənnilərə açıq-aydın meydan oxuyub: "Türk şou bazarına illərdir, hazırlaşıram. Amma bunu ilk dəfədir dilə gətirirəm. Başqaları kimi boş danışıqla gündəm xətrinə çənəmi yoranlardan deyiləm. Dedimsə, mütləq edəcəm. İnanmayanlar isə yaxın günlərdə buna şahid olacaqlar".

Nəzərinizə çatdıraq ki, biznesmen müğənni son vaxtlar dəbdə olan, sözləri və musiqisi Ceyhun Əliyevə məxsus "Sən mənim gözəlimsən" adlı mahnısına klip də çəkdirir.

Hələ montaj işləri gedən klipin çəkilişindən olan fotolenti sizlərə təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə