Zamiq Hüseynəliyev yenilik etdi

Azərbaycan estradasının tanınmış müğənnisi və qızların sevimlisi Zamiq Hüseynovdan xəbər var. SİA-ya açıqlama verən Zamiq yaradıcılığında heç kimin edə bilməyəcəyi yenilikləri edib: "Yaxın günlərdə albomum və kliplərim olacaq. Ən böyük yeniliyim isə heç kimin edə bilməyəcəyi iş görmüşəm. Bakıda ilk dəfə olaraq öz mahnılarımdan ibarət karaoke şəklində mahnılar hazırlayıram. Bu proyekt yaxın günlərdə işıq üzü görəcək. Hər şey artıq hazırdır. Gördüyüm iş nəinki Azərbaycanda, dünyada olmayan yenilikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə