Azərbaycanın tanınmış rejissoru Nail Naiboğlu İstanbula səfər edib. O, Türkiyənin tanınmış aktyoru Murat Yıldırımın qonağı olub. SİA-ya açıqlama verən Nail aktyor haqda məlumat verib: "Murat Azərbaycan klipləri ilə çox maraqlanır. Hətta bizim filmlərə də baxır. Müğənnilərdən isə Röyanın səsini çox bəyənir. O, mart ayında Bakıya gəlməyi düşünür. Onu da deyim ki, Murat Azərbaycanlı müğənnilərdən birinin klipində rol alacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB