Bu gün böyük sənətkarın ad günüdür

Bu gün böyük sənətkarın ad günüdür

Bu gün Azərbaycanın məşhur müğənnisi Nisə Qasımovanın doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan musiqisinin əfsanəvi nümayəndəsi Nisə Fətulla qızı Qasımova 1954-cü ilin 13 fevralında Bakida anadan olub. Hələ uşaqlıqdan sarı saçları, yaşıl gözləri və qeyri-adi gözəlliyi ilə yaxınlarından seçilən müğənni musiqiyə maraq göstərir və daim diqqət mərkəzində olurdu. Geniş səs diapazonu, musiqiyə marağı balaca Nisənin taleyini çox erkən yaşlarından ömürlük səhnəyə bağlayır. Atası Fətulla kişinin tam fərqli sahədə yəni dövlət xidmətində çalışmasına baxmayaraq milli musiqi və muğamların bilicisi və savadlı xanəndə olması Nisə xanımın elə ilk olaraq ailədən musiqi ilə tərbiyələnməsinə şərait yaradır.

Beləcə 8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun heyətinə qəbul olan Nisə Qasımova çox keçmir ki, bütün peşəkar musiqi heyətinin diqqətini özünə cəlb edib 9 yaşında olarkən xorun gənc solisti olur. "Günəş adlı yaxın dostum var mənim" məxsusi olaraq onun üçün yazılan bu mahnı ilə ən müxtəlif konsert proqramlarında çıxış edən bu sarışın gülərüzlü qız tez bir müddətdə müəllimlərinin sevimlisinə, kolleqalarının isə paxıllıq obyektinə çevrilir. Çox keçmir ki, gənc Nisə 1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəznindəki " Lalə qizlar ansambli"na solist kimi dəvət olunur. Hələ yeniyetmə yaşlarından milli musiqimizdən qaynaqlanib dünya səhnəsi ulduzlarindan ilham alan mügənni ansambldakı konsertlərdə çoxdilli repertuarı, fərqli səs imkanları və ən nəhayət o zaman üçün böyük yenilik olan dinamık səhnə rəqsləri ilə diqqəti cəlb edırdi. Konsertlərin birində Nisə xanımın çıxışına valeh olan tanınmış bəstəkar və impressario Ələkbər Tağıyev elə həmin ərəfələrdə gənc sənətçıyə iş birliyi təklıf edir. Bundan əvvəl SSRİ xalq artisti Zeynəb Xanlarovanı Azərbaycan səhnəsinə təqdim etmiş Tağıyev 1972-ci ildən Nisə xanım Qasımovayla yaradıcılıq birliyinə başlayır. Bəlkə də bu olay gələcəkdə hər iki xanım mugənni arasında yaranan və uzun müddət davam edəcək soyuq müharibəyə səbəb olur.

1972-1973 illərdə biri-birinin ardınca "Ay ellər", " Sənsən Həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm", "Qəşəngdir" kimi mahnıların xalq tərəfindən sevilir və gənc mügənni tez bir zamanda möhtəşəm ugurlar əldə edır. Elə həmin ildə Azərbaycanda çixan plastinkalarla yanaşı Tiflisdə Nisə xanimin ilk kasetləri də işiq üzü görür. Hər çıxışında dinləyicılər tərəfindən nəhəng sevgı və izdahamlı alqışlarla qarşılanan sarışın mügənninin xarici görkəminin və səhnə hərəkətlərinin avropasayağı olması onun haqqinda ağlasığmaz şaiyələrin yayılmasına səbəb olur. Kimi onu "Alman Gəlinciyi" adlandırır, kimi isə anasının alman və ya ukrain olması haqda fikirlər irəli sürürdü. Elə bütün bunlara cavab olaraq Nisə Qasımova dillər əzbərinə çevrilən "Azərbaycan qızıyam" mahnısını ifa edir. 1975-ci ildə isə 21 yaşında olarkən Azərbaycan musiqisinin qızıl fonduna ifa etdiyi "Laylay" (Şəfiqə Axundova), "Sədaqətim var" (Ələkbər Tağıyev), "Bayatı Şiraz təsnifi" ilə daxil olan Nisə xanim artiq Dovlət televiziyasının solisti kimi çalışmaga başlayır. Elə həmin illərdə SSRİ Dövlət elektro musiqi orkestrinin rəhbəri Vyaceslav Mişşerinin dəvəti ilə Moskvaya gedən mügənnı bu ansamblla birgə "Gül bir az", "Gözləyəcəyəm", "Leyla" və s mahnılarından ibarət albom lentə aldırır. Nisə xanimın Moskvadakı çıxışları zamanı məhşur rus bəstəkarı və şairi Nikolay Zinovyev gənc mügənninin ifaçılıq və səhnə istedadına valeh olur.

Yaradıcılıgında Alla Puqacova, İrina Alleqrova, Filip Kirkorov kimi rus Estrada ulduzlarına mahnı bəstələyən Nikolay məxsusi olaraq Nisə xanımçün Azərbaycanda sonralar çox seviləcək "Xaxatunya", "Kaspiyskiy vals"və s. kimi mahnılar yazır. 1977-ci ildə ali təhsilini davam etdirmək üçün valdeynlərinin təkidi ilə Bakiya dönən mügənni İncəsənət İnstitutuna daxil olub Moskvadakı fəaliyyətindən aralanmalı olur. Şöhrətin zirvəsində olan gənc mügənni xalqın sevgisini qazansa da bunula bərabər bəzi kolleqaların qəzəbini də qazanırdı.

Tez bir müddətdə belə başdöndərən uğurlar qazanan gənc və perspektivli sənətçi elə öz sənət yoldaşlarının sifarişi ilə dəfələrlə təqiblərə və qadağalara məruz qalırdı. Növbəti qalmaqal isə 1975-ci ildə baş verdi. "Leyli və Məcnun" operasının televiziya versiyasinda Leylini məharətlə ifa edən Nisə xanım tezliklə Mehdi Məmmədov, Bəhram Mansurov, Nicat Məlikov kimi dövrün ziyalılarının təklifi ilə Opera və Balet teatrinda Leyli rolunu ifa etmək üçün dəvət alır. Nisə xanımın hələ televersiyadakı ugurundan xoflanan səhnəmizin bəzi "Leyli"ləri bu səhnələşdirmənin qarşısını almaq üçün hər vasitəyə əl atırlar. Artıq yaradıcı heyyətlə məşqlərə başlamalarına baxmayaraq yuxarı orqanların göstərişi ilə layihə dayandırılır. Dövrü mətbuatda bu layihəylə bağlı dərc olunan sifarışlı yazılar və təyziqlərsə Azərbaycan Televiziyasi arxivindən Nisə xanımın ifa etdiyi versiyanın yandırılması ilə nəticələnir.

Nəhayət 1979-cu ildə yeni plastinkası satışa çıxan mugəninin bu dəfə də mahnıları dillər əzbəri olur və Azərbaycanın ən böyük konsert salonlarında böyük anşlaqla konsertləri baş tutur. 1980-ci ildə isə Sovetlər Birliyinin "S pesnyami po jizni" beynelxalq musabiqəsində iştirak edən mugənni birinciliyi Azərbaycana qazandırır. Bakıya dönüşündə bu möhtəşəm uğura görə Azərbaycan SSR tərəfindən Ali Sovetin Fəxri Fərmanını alır. Bu sevindirici olayın ardından Nisə xanıma "Özbəkfilm"də çəkilən "Alovlu yollarla" bədii filminə çəkilmək üçün təklif gəlir. Çəkilişlərdən sonra Özbəkstandan Bakıya dönən mügənninin həyatında yenə də xoşagəlməz hallar baş verir. Əvvəlcə Ələkbər Tağıyevin, daha sonra isə qardaşının vaxtsız ölümü Nisə xanımı möhkəm sarsıdır və o bir neçə il müddətinə səhnə fəaliyyətini dayandırır. Nəhayət 3 illik fasilədən sonra səhnəyə qayıdan mügənnini bu dəfə xoşagəlməz olaylar sənət həyatında izləyirdı. Arenada artıq tək qalan mügənni düşmənlərinin hədəfinə çevrilir və onu fəaliyətində uzunmüddətli qadağalar dövrü başlayır. Sənətkarın televiziya çıxışlarına qeyri-müəyyən səbəblərdən məhdudiyyətlər qoyulsa da o Azərbaycanın ən müxtəlıf yerlərində, eləcə də sərhədlərmizdən kənarda Danimarka, İslandiya, Türkiyə, Dubay, Əfqanıstan, Ukrayna, Almaniya və digər ölkələrdə böyük uğurla konsertlər verir. 1989-cu ildə isə müğənni Əməkdar artist adını alır. 90-cı illərin əvvəlində isə daim yenilikçi olan sənətkar xanım Azərbaycanda əyləncə məkanlarında şou proqramlar hazırlamaq fikrinə düşür. Həmişəki kimi bəzi üzdəniraq sənət adamlarının iradlarına və medidaki sifarişli yazılara baxmayaraq Nisə xanım bu ideyanı gerçəkləşdirir. Elə həmin ərəfələrdə məhz mügənninin göstərişi ilə tikilmiş şəhərin ən böyük və samballı əyləncə məkanlarının birində Nisə xanımın özünün və digər sənətçilərin səhnə aldıgı şou proqram gerçəkləşir. Çox keçmir ki, o Azərbaycan tv məkanında daha bir yeniliyə imza atır. Bu dəfə isə sənətkar xanım dövlət televiziyasında ilk dəfə olaraq müğəninin yəni özünün aparıcılıq etdiyi "Ulduzlar görüşəndə" televiziya layihəsini gerçəkləşdirir. Onun daha bir uğuru isə 4 dildə ifa etdiyi Baki mahnısına çəkilən uğurla baglı idi. Nəinki yerli televiziyada eləcə də Turkiyə və Rusiya tv-lərində yayımlanan musiqi nömrəsı o qədər sevildi ki, sənətçiyə Moskvada yeni silsilə konsert proqramları ilə çıxış etmək təklifi gəldi. Bu arada o zamankı Respublika sarayı, indiki Heydər Əliyev adina sarayda növbəti konsert proqramının məşqlərinə başı qarışan Nisə xanım növbətı xoşagəlməz xəbərlə üzləşir. Bu xəbər isə onun verilişinin dayandırılması ilə bağlı idi. Səbəb kimi sənətçinin güya ki, dekolte geyimində efirə gəldiyi mediada hallansa da mügənni müsahibələrində bunun bambaşqa səbəbi olduğunu deyib və öz zamanında hər şeyə açıqlama gətirəcəyini vurğulayır. Verilişin dayandırılması və qeyri-müəyyən səbəbdən qoyulan qadağalardan inciyən sənətkar xanim Bakıda son konsertini gerçəkləşdirib 1997-ci ildə Moskvaya köçür. Moskvanın "Varşava", "Arion" kimi böyük konsert zallarında çıxış edən müğənni 3 il müddətində vətəndən uzaq düşür. Həmin dövrlərdə də daim sənət fəaliyyətində olan Nisə xanim Qasımova bəstəkar Siyavuş Kərimi ilə iş birliyinə başlayıb Moskvada bir neçə klip və telekonsert hazırlayır. Nəhayət 3 ildən sonra ailə üzvlərindən birinin toy məclisində iştirak etmək üçün Bakiya dönən müğənninin gəlişindən xəbər tutan TV nümayəndələri onu hava limanında qarşılayıb birbaşa dovlət televiziyasında o zamanlar uğurla yayımlanan "Gəl səhərim" verilişinin çəkılış meydançasına gətirirlər. Bakıda oldugu müddətdə xalq tərəfindən sonsuz sevgi ilə qarşılanan sənətkar yenidən taleyin hökmü ilə Vətəndə bir müddət qalmağı qərarlaşdırır.

Media və onu sevənlərin böyük hörməti və diqqətindən boş vaxt tapmayan Nisə xanım xalqın istəyi ilə yenidən ekranlara qayıdır. "Yalandi dünya" albomunun möhtəşəm uğuru ardinca isə "Yalvarıram", "Qayıtdım", "Məni satdın nəfsinə" xitlərin dillər əzbəri olması ilə müğənniyə daha aktiv fəaliyyətə start verməsinə revac verir. O ərəfələrdə "Qayitdim" adlı solo konsert proqramını tamaşaçılara təqdim edən müğənni yaradıcı gənclərə dəstək olmaq məqsədi ilə "Kainat" studiyasını yaradır. Beləliklə, səhnə fəaliyyətinin "İkinci bahar"ını yaşıyan sənətkar 2004 ildə "Anar optik" mağazalar şəbəkəsi ilə 5 il müddətində şirkətin reklam üzü kimi müqavilə imzalıyır. Daha sonra "Ömrümdən gedən illər", "The best of", "İkinci bahar" kimi musiqi albomlarini dinləyicilərə təqdim edən müğənni 2005-ci ilin 6 aprelində Bakıdakı Heydər Əliyev Sarayında reallaşdırdığı "Şəhanə sevgimlə" adlı solo konsert proqramı ilə dünyanın ən müxtəlif ölkələrində çıxış edir. 21 yaşından televiziya solisti kimi çalışan Azərbaycanın ilk aparıcı mügənnisinin elə aparıcılıq fəaliyyəti də bu gün davam etməkdədir. 2005 ildə Space teleradio şirkətində 6 ay müddətində "Space şou" verilişinin aparıcısı olan Nisə xanım artıq 2007-ci ilin sentyabrından həftə içi 5 gün 2 saatlıq "Xoş vaxt olun" life şousu ilə sevənlərin görüşünə gəlir. Davamlı sənət uğurları ilə yanaşı ictimai fəaliyyətlə də məşgul olan mügənni özünün adını daşıdıgı "Nisə xanim Qasımova fondu"nu yaradıb davamlı xeyriyyə və mədəniyyət aksiyalarını maliyyələşdirir. 2008-ci ildə sənət fəaliyyətinin 36 illiyi ərəfəsində isə Nisə xanıma "Birliyə dogru" beynəlxalq humanitar təşkilatı tərəfindən "Əlimi tut, səninləyəm" xeyriyyə layihəsinə görə, Azərbaycanın ən xeyirxah müğənnisi diplomu verilmişdir.

Bu gün də Azərbaycanın əfsanəvi səsi Nisə xanim Qasımova həm sənət həm də ictimai fəaliyyətini davam etdirməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə