Murad Dadaşovun kök olması uşaqlarına problem yaratdı

Murad Dadaşovun kök olması uşaqlarına problem yaratdı

Azərbaycanın tanınmış şoumeni və aparıcısı Murad Dadaşov arıqladığını deyib. O, kök olmaqdan bezdiyini etiraf edib. SİA-ya açıqlama verən şoumen kök olmasının uşaqları üçün də problem olduğunu söyləyib: "Bir az arıqlamışam. Fikirləşirəm ki, daha kök olmaq istəmirəm. Çünki artıq çəkidən əziyyət çəkirəm. Eyni zamanda da bezmişəm. Köhnə illərə, arıq olduğum dövrlərə qayıtmaq istəyirəm. Ailəm də artıq çəkidən qurtulmağımı istəyirlər. Uşaqlarım mənə deyirlər ki, hara gediriksə bizə deyirlər ki, atan kökdür. Ona görə də arıqlamaq istəyirəm. Onu da nəzərinizə çatdırım ki, tamaşaçı qarşısına çıxan insanlar özlərinə baxımlı olmalıdırlar. Mən ümumiyyətlə azərbaycanlıların hər zaman gözəl görünməyini istəyirəm. O qədər də arıq oğlan olmasam da, istəyirəm ki, bizim yeni nəslimiz idmançı, gözəl, yaraşıqlı olsunlar".

Bütün xəbərlər Facebook səhifəmizdə