Azərbaycanın gənc və tanınmış müğənnisi Ayan Babakişiyeva "Mən olacağam" adlı klipinə təqdimat mərasimi keçirib. Həmin mərasimdə iştirak edənlərin təbriklərini SİA oxucularına təqdim edirik:
Azərbaycanın xalq artisti Aygün Kazımova: "Ayanı təbrik edirəm. Mənim bura gəlməyim onu sübut edir ki, Ayanı dəstəkləyirəm və yanındayam. Çünki onun sənətini çox bəyənirəm. Ayan işgüzar, sənətini sevən və dəyişiklik etməkdə çəkinməyən, tamaşaçı qarşısında bəlkə çirkin görünərəm deyə fikirləşməyən ifaçıdır".
Teleaparıcı Saleh Bağırov: "Ayanı səmimi qəlbdən təbrik edirəm. O, öz üzərində çalışan biridir".
"ATV maqazin" verilişinin redaktoru Günay Firudinqızı: "Ayanla biz çox yaxın deyilik. Yəni gediş-gəlişimiz yoxdur. Mən onunla bəzən telefon vasitəsi ilə əlaqə saxlayıram. Lakin, bütün bunlara baxmayaraq, mənim Ayana böyük hörmətim var. Onun məni bura dəvət etməyindən görünür ki, hörmətimiz qarşılıqlıdır. Sözügedən müğənni bacarıqlı, istedadlı, çalışqan və daim yeniliklər etməyə çalışan ifaçıdır. Ayanı təbrik edirəm. Onun tezliklə istədiyi zirvəni fəth edə biləcəyinə də heç bir şübhəm yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB