Azərbaycan estradasının tanınmış müğənnisi Ayan Babakişiyeva "Ayan mən olacağam" adlı klipinin təqdimat mərasimini keçirib. SİA-nın verdiyi xəbərə görə, səbəbkarı təbrik etmək üçün əməkdar incəsənət xadimlərindən Baba Vəziroğlu və Şeyx Əbdül, bəstəkar Xanım İsmayılqızı, xalq artisti Aygün Kazımova, əməkdar artist Ədalət Şükürov, "ATV maqazin" verilişinin redaktoru və teleaparıcı Günay Firudinqızı, teleaparıcı Saleh Bağırov, maqazin jurnalisti Şahin Cavadsoy, media nümayəndələri və başqaları təşrif buyurub.
Saleh Bağırovun idarə etdiyi gecədə maraqlı anlar yaşanıb. Xalq artisti Aygün Kazımovanın mərasimə qatılması gecəyə daha da rəngarənglik qatıb.
Tədbiri giriş sözü ilə açan Saleh Ayanı təbrik edərək uğurlar arzu edib. Daha sonra Saleh Bağırov xanım Babakişiyevanı səhnəyə dəvət edərək yeni klipi haqqında məlumat verməsi üçün rica edib. Ayan dəvəti qəbul edərək "Ayan mən olacağam" adlı ekran işi haqqında ağızdolusu danışıb: "İnanıram ki, klipimi məni sevən tamaşaçılarım bəyənəcək. Sözügedən klipdə mənə yardımçı olan sənət dostum əməkdar artist Ədalət Şükürova və adlarını çəkmədiyim heyətə təşəkkür edirəm. Onu da nəzərinizə çatdırım ki, klipdə yaratdığın obrazın şəxsi həyatıma heç bir aidiyyatı yoxdur".
Nəzərinizə çatdıraq ki, "Ayan mən olacağam" adlı mahnının sözləri Baba Vəziroğluna, musiqisi Xanım İsmayılqızına məxsusdur. Klipin rejissoru isə Ceyhun Kərimovdur.
Qeyd edək ki, mərasimə qatılan hər kəs ifaçını təbrik edərək ünvanına xoş sözlər bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB