Tatlısəsi əsəbiləşdirən səbəb!

Türkiyənin "İmperatoru" İbrahim Tatlısəsdən xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, müğənni hamilə həyat yoldaşı Ayşegül Yıldız haqqında çıxan şayiələrə çox əsəbləşib. Sosial şəbəkələrin aktiv istifadəçisi olan Tatlıses həyat yoldaşı haqqında yayılan iddialara cavab verib: "Yoldaşımın siqaret çəkməməsinə baxmayaraq, onu siqaret istifadəçisi kimi göstərmək mənə görə böyük hörmətsizlik və səmimiyyətsizlikdir. Məni sevən bütün insanlardan üzr isəyirəm. Amma Ayşegül Yıldız hamilə olduğu vaxt siqaret çəkməyəcək qədər şüurlu və ağıllı ana namizədidir. Mən nə deyirəmsə o doğrudur".

Bütün xəbərlər Facebook səhifəmizdə