Məşhur azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarov ABŞ-ın Los Anceles şəhərində yerləşən əfsanəvi "The Viper Room" klubunda konsert proqramıyla çıxış edib SİA-nın xəbərinə görə, müğənni möhtəşəm klubda keçən ilin sonunda ABŞ-da hazırlanan "After The Thunder" albomunu təqdim edib.
Emin çıxışı zamanı öz musiqi qrupunun müşayiəti ilə hit mahnılarını canlı ifa edib. Onun ifa etdiyi mahnılar arasında "Baby Get Higher" və "Heart Keeps Beating" mahnıları yer alıb.
Tədbirdə diqqət çəkən məqamlardan biri də izdiham arasında Eminin yaxın dostu, rus pop kralı Filip Kirkorovun olması idi. O, Eminə maksimum dəstək olmağa çalışırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB