Repertuarında tez-tez yeniliklər edən gənc müğənni İlahə İbadovanın mahnıları Türkiyənin musiqi şirkətləri tərəfindən bəyənilib. SİA- nın verdiyi məlumata görə, son günlər onun ifalarını eşidən bir neçə şirkət müğənni yeni layihəyə dəvət ediblər. İlahə həmin şirkətdən gələn təklifi hələ ki, düşünür. Xanım İbadova bir neçə mahnısını onlara təqdim etməyi fikirləşir: "Türkiyədən bir neçə dəfə əməkdaşlıq etməyimiz üçün təkliflər olub. Amma onlarla işləmək risk tələb edir. Çünki biz onların musiqiçilərini və şirkətlərini tanımırıq. Odur ki, atacağım addımı yüz ölçürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB