Niyam Səlami və Flora Kərimova...

Azərbaycanlı müğənni Niyam Səlami yeni mahnı oxuyub. SİA-nın verdiyi xəbərə görə, Niyam xalq artisti Flora Kərimovanın repertuarında olan "Unudaram mən səni" adlı mahnıya müraciət edib. N.Səlami sözügedən mahnını fərqli aranjeman edərək ifa edib.

Qeyd edək ki, "Unudaram mən səni" adlı mahnının sözləri Nüsrət Kəsəmənliyə, musiqisi isə İsrail Kərimova məxsusdur. Müğənni mahnıya qısa zamanda ekran həyatı verməyi də planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə