Ayaz Qasımov müğənniliyin daşını atır?

Ayaz Qasımov müğənniliyin daşını atır?

Azərbaycan şou-biznes nümayəndəsinin üzvü olan Ayaz Qasımovdan yeni xəbər var. Müğənni yaradıcılığında hazırlıq işləri görür. SİA-ya açıqlama verən Ayaz özünü aparıcı kimi də sınayacağını deyib: "2013-cü ildə yeni albomum işiq üzü görəcək. Bundan əlavə, telekanalların birində aparıcı qismində çıxış edəcəm. Artıq bir aydır ki, layihə təsdiq olunub. İnşallah, bu yaxınlarda tamaşaçılar məni müğənniliklə yanaşı, aparıcı kimi də görə biləcəklər. Fikrimcə, bu layihə hər kəsin ürəyincə olacaq. Adıçəkilən verilişin ərsəyə gəlməsinə səbəb bütün istedadlı uşaqları üzə çıxarmaqdır. Çünki bacarığı olan gənclərə dəstək olmaq lazımdır. Onu da xatırladım ki, mən də "Azəri Star" yarışmasının iştirakçısı olub, tanınmışam. Nəzərinizə çatdırım ki, layihədə müsiflər heyəti kürsüsündə 20 nəfərlik orkestr əyləşəcək. Amma verilişin hansı telekanalda yayımlanacağını hələ ki, demiyəcəm. Çünki istəyirəm ki, tamaşaçılar üçün maraqlı olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə