Röya sevənlərə xoş xəbər

Azərbaycan estradasının tanınmış müğənnisi Röya pərəstişkarlarını sevindirəcək. SİA-nın verdiyi xəbərə görə, müğənni facebookdakı fəal pərəstişkarları üçün imzalı disklər paylayacaq. Bunun üçün müğənnini sevənlər onun "Roya official" səhifəsindəki şəkillərini şəbəkədə paylaşmalı və ən azı beş dostunun diqqətini cəlb etməlidir. Beləcə o, "Göndər" albomuna sahib olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə