“Ayan mən olacağam”

Fevralın 12-də tanınmış estrada ulduzu Ayan Babakişiyeva, bəstəkar Xanım İsmayılqızının, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun sözlərinə yazmış olduğu "Mən olacağam" mahnısına çəkdirdiyi klipin təqdimat mərasimini keçirəcək. SİA-nın verdiyi xəbərə görə, baş rolu müğənninin özü ilə yanaşı, Azərbaycanın əməkdar artisti Ədalət Şükürov canlandırır. Tərəf müqabilləri kimi isə mahnının müəllifləri və peşəkar aktyor heyəti çəkilib.

Qeyd edək ki, rejissor Ceyhun Kərimovun ekranlaşdırdığı klipin "Official teaser" hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə