Azərbaycanlı müğənni hansı xalq artistini dırnaq arası adlandırdı?

Azərbaycanlı müğənni hansı xalq artistini dırnaq arası adlandırdı?

Azərbaycanlı müğənni Əlikram Bayramov xalq artistlərindən danışıb. 30 ildir səhnədə fəaliyyət göstərən ifaçı fəxri adlar alan müğənnilərə dırnaq arası yanaşdığını deyib. SİA-ya açıqlama verən Əlikram Bayramov həmkarlarından fərqli olaraq heç vaxt tamaşaçılarla ünsiyyət qurmaqdan çəkinmədiyini dilə gətirib: "Artıq 30 ildir ki, səhnədəyəm və xalqın sevimli sənətçisiyəm. Ömür boyu çalışmışam ki, xalqıma lazımi xidmət edim. Eyni zamanda, bəzi həmkarlarımdan fərqli olaraq bu günə kimi tamaşaçılarımla səmimi ünsiyyət qurmuşam. Lakin məndən fərqli olaraq bəzi dırnaq arası müğənnilər xalq artisti adına layiq görülüblər".

Bütün xəbərlər Facebook səhifəmizdə