Teleserial qarşıdurmalara son qoyur

Timur Savcının prodüserlik etdiyi "Muhteşem Yüzyil" teleserialı dünyanın 42 ölkəsində təxminən 200 milyon adam tərəfindən maraqla izlənilməkdədir. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, xüsusilə Rusiyada, Yaxın Şərqdə və siyasi münaqişələrin baş verdiyi ölkələrdə sözügedən film səbirsizliklə gözlənilir. Orta Şərqdə də böyük maraqla baxılan teleserial sözün həqiqi mənasında "həyata bir fasilə" verir. Suriyalı jurnalistin dediyinə görə, çərşənbə axşamı bu teleserial başlayan kimi bütün qarşıdurmalar tamamilə dayanır.

Bütün xəbərlər Facebook səhifəmizdə