Murad Dadaşovdan yeni layihə

Azərbaycanın tanınmış şoumeni və aparıcısı Murad Dadaşov uzun müddətdir ki, mediadan uzaq düşməsinin səbəblərini açıqlayıb. O, uzun müddətdir ki, yeni layihələr üzərində işlədiyini vurğulayıb. Sevilən aparıcı SİA-ya verdiyi açıqlamasında sözügedən layihələr haqqında məlumat verib: "Hal-hazırda 3 layihə üzərində işləyirik. 2013-cü ilin baharında artıq onlardan biri yayımlanacaq. Lakin ondan başqa maraqlı layihələr də var. 2 layihənin aparıcısı mən olacam. Digəri "M qrup production"nın layihəsidir. Nəzərinizə çatdırım ki, bizim əsas məqsədimiz adıçəkilən layihələrin uğurla həyata keçməsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə