Azərbaycanın əməkdar artisti Abbas Bağırov yeni "Sev məni" adlı klipinin və "Sev məni","Aləm gözəl" disklərinin təqdimat mərasimini keçirib. Həmin mərasimdə iştirak edənlərin təbriklərini SİA oxucularına təqdim edirik:
Bəstəkar Nazim Məmmədov: "Abbas Bağırovu təqdimat mərasimi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bizim Abbasla dostluğumuz artıq 20 ildir ki, davam edir. Dostluğumuzdan əlavə, biz iş həyatında da əməkdaşlıq edirik. 8 ay bundan öncə hazırlanan "Aləm Gözəl" albomundan sonra bizim gördüyümüz işlər göz qabağındadır. İşlərin bu qədər uğurlu olmasına çox sevinirəm. İnanıram ki, çəkdiyimiz əziyyətlər hədər getməyəcək və bu klip bəyəniləcək".
Şoumen və aparıcı Murad Dadaşov: "Abbas Bağırov mənim ürəkdən sevdiyim və hörmət etdiyim dostumdur. Mən Abbasdan hər il yenilik gözləyirəm və bu istəyimə də nail oluram. O, bu illər ərzində çox şey qazanıb. Onun getdikcə irəliyə doğru addımlaması məni çox sevindirir. Bağırovun tez-tez el şənliklərində iştirak etməsinə baxmayaraq o, toy müğənnisi deyil. İstərdim ki, Abbasın şəxsi həyatı da yaxşı olsun. Sevilib seçilsin. Onu da deyim ki, hazırda səbəbkarı çox sevən biri var və bu da onu yaşadır. Abbas Bağırovu yeni disklərinin və klipinin işıq üzü görməsi münasibəti ilə ürəkdən təbrik edirəm".
Müğənni Orxan Babazadə: "Abbası ürəkdən təbrik edirəm. Onun gördüyü işlər hər zaman uğurlu olub. Abbasın çəkdiyi kliplər və ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən hər zaman alqışlarla qarşılanıb. Onunla artıq 2 ildir ki, dostluq edirəm".
Müğənni Ayaz Qasımov: "Mən Abbasın ifasının pərəstişkarıyam. Ona böyük hörmətim var. Çox böyük sənətkardır. Günün istənilən vaxtı ona zəng edib təbrik edə bilərəm. Lakin bu gün xususi bir gündü. Onu da deyim ki, Abbas Bağırov bütün gözəl titullara layiqdir. Arzu edirəm ki, onun uğurları daima artsın".
Müğənni Zamiq Hüseynov: "Səbəbkarla 10 ildən çoxdur ki, dostluq edirik. Biz onunla ailəvi dostuq. Abbas çox istedadlı musiqiçidir. Onu ürəkdən təbrik edirəm. Bütün uğurlar ona yaraşır".
Aparıcı Nərgiz Cəlilova: "Abbas Bağırovla birgə bir çox tədbirlərdə iştirak etmişik. Biz onunla çox gözəl anlaşırıq. Bu da çox böyük önəm kəsb edir. Çünki işin keyfiyyəti bundan asılıdır. Mən onun adına çox sevinirəm və düşünürəm ki, bu axırıncı deyil. Səbəbkarı ürəkdən təbrik edirəm. Daha da çox yaradıcılıq uğurları arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB