Azərbaycanlı bəstəkar Nazim Məmmədov bu vaxtadək gördüyü işlərdən danışıb. O, şou-biznesində dostluq etdiyi insanların yaradıcılığında kömək etdiyini dilə gətirib. SİA-ya açıqlama verən bəstəkar onların adlarını açıqlamaqdan çəkinməyib: "Dostluq etdiyim şou-biznes nümayəndələrinin bir çox işlərində kömək etmişəm. O, dostlarımda barmaqla sayılası qədərdir. Müğənni Elçin Cəfərovun son albomunda birgə çalışmışıq. Əməkdar artist Elza Seyidcahanın prodüsseri kimi fəaliyyət göstərmişəm. Meyxanaçı Vüqarın ilk albomunu da mən işləmişəm. Eyni zamanda Natəvan Həbinin, Zamiqlə, Tunarın albomlarında da kömək etmişəm. Təşkilatçılıq baxımından isə bir sıra işlər görmüşəm. Bir sözlə naliyyətlərimə görə sevinirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB