Abbas Bağırovun gecəsində nələr baş verdi?

Abbas Bağırovun gecəsində nələr baş verdi?

Azərbaycanın əməkdar artisti Abbas Bağırov yeni "Sev məni" adlı klipinin və "Sev məni","Aləm gözəl" disklərinin təqdimat mərasimini keçirdib. SİA-nın verdiyi xəbərə görə, şou-biznes əhli onu bu xoş günündə tək qoymayıb. Abbası təbrik etmək üçün xalq artistlərindən İlhamə Quliyeva, Zülfiyyə Xanbabayeva, əməkdar artist İlqar Muradov, müğənnilərdən Zamiq Hüseynov, Sevda Yahyayeva, Ayaz Qasımov, Ayan Babakişiyeva, Sevda Ələkbərzadə, Orxan Babazadə, Elçin Hüseynov, bəstəkar Nazim Məmmədov, aparıcılardan Nərgiz Cəlilova, İlkin Həsəni, Kamilə Babayeva, Zaur Nəbioğlu, şoumen Murad Dadaşov, prodüsser Tolik, media nümayəndələri və başqaları iştirak ediblər.

Mərasimdə yadda qalan hadisələrdən biri Abbas Bağırovun "Sev məni" adlı klipinin nümayişi zamanı 2 dəfə dayanması olub.

Daha maraqlı an isə Elçin Hüseynovun prödüsseri Kazımın əlində gül dəstələri ilə mərasimə daxil olması idi.

Gecəyə rəng qatan xalq artisti İlhamə Quliyeva səhnəyə alqışlarla dəvət olunub. Səbəbkar haqqında gözəl fikirlər ifadə edən xalq artisti onu tərif yağışına tutub: "Abbas mənim həm balam, həm də dostumdur. Çox aktiv sənətçidir. Mən ona bu gündən sonra "Prins" adı verirəm. Çünki Abbas Bağırov bu ada layiqdir".

Gözümüzdən qaçmayan məqam isə İlhamə Quliyevanın səhnədə çıxışı zamanı teleaparıcı Zaur Nəbioğlunu görüb "Səni göydə axtarırdım yerdə tapdım. Əlimdən canına qurtara bilməyəcəksən. Yaxşısı budur ki, mərasimi tərk et" -deməsi olub.

Gecədə ən yadda qalan hadisə isə Abbas Bağırovun facebookda fan klub səhifəsini işlədən fanatları tərəfindən hədiyyələr verilməsi idi. Bağırovun fanatları şou jurnalisti Şahin Cavadsoyu da unutmayaraq ona da hədiyyə veriblər. Səbəbkara isə gül dəstələri və portret hədiyyə ediblər.

Qeyd edək ki, gecə rəngarəngliyi ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə