Türkiyənin çox sevilən gənc aktyor və aktrisaları sırasında öndə gələn Hazal Kaya və Çağatay Ulusoydan xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, "Adını Feriha Koydum" teleserialının baş rol oyunçuları olan Hazal Kaya ilə Çağatay Ulusoy gələn mövsümdə yeni serialda birlikdə rol alacacaqlar. Prodüser ilə artıq razılaşdıqları iddia edilən gənc oyunçuların yeni layihəsi sirr kimi gizli saxlanılır. Serialın yayımlanacağı kanal da hələ müəyyən deyil, ancaq sözügedən teleserialın 2013-cü ilin sentyabr ayında ekranlarda olacağı haqqında müxtəlif şaiələr gəzir. Hazal Kayanın baş rolunu canlandırdığı "Son Yaz Balkanlar" teleserialının yayımdan qaldırılması ilə bir müddət medyadan uzaq düşən aktrisa bu yaxınlarda iştirak etdiyi bir televiziya proqramında Çağatay Ulusoy ilə əlaqədar verilən suala: "Hələ ki, belə layihə yoxdur. Amma nə olacağını bilmək olmaz. Qismət..."- deyə cavab verib.
Xatırladaq ki, bu yaxınlarda narkotik istifadəçisi olduğu iddia edilən və 4 gün həbsdə qalan Çağatay Ulusoy yeni mövsümə qədər istirahət edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB