“Aygünlə Röyanı qarşı-qarşıya qoymaq lazım deyil”

“Aygünlə Röyanı qarşı-qarşıya qoymaq lazım deyil”

Azərbaycanın tanınmış müğənnisi Nisə Qasımova həmkarları Aygün Kazımovadan və Röyadan söz açıb. Nisə xanım onların müdafiəsinə qalxıb. Telekanalların birində yayımlanan verilişdə iştirak edən sənətçi bunları deyib: " Röya da Aygün Kazımova da öz sahələrində yerlərini tutmuş ifaçılardır. Onları qarşı-qarşıya qoymaq düzgün deyil. Aygünü də Röyanı da yetərincə sevənləri vardır. Onu da deyim ki, xanım Kazımova səhnədə qalmaq üçün özünü forumda saxlayır".

Xanım Qasımova özü haqda da inanılmaz açıqlamalar edib: "İstərdim ki, həyatda adım-adım irəliləyim. Amma müğənni olmaq istəməzdim".

Bütün xəbərlər Facebook səhifəmizdə