Yeni "Özünə bax" layihəsi açılıb. SİA-nın verdiyi xəbərə görə, verilişdə müğənnilikdən daha çox biznes fəaliyyəti ilə məşğul olan Ruhi Əliyeva, stilist Anar Ağakişiyev, modelyer-dizayner Leyla Əhmədova və "Nərgiz" jurnalının redaktoru Könül Nağıyeva iştirak edib.

Qonaq qismində isə Xalq artisti Zülfiyyə Xanbabayeva, rejissor Aqil M Quliyev və tele-aparıcı Nərgiz Cəlilova qatılıb. Verilişin artıq çəkilişləri başlayıb. "Özunə bax" layihəsi dörd mərhələdə keçirilməsi nəzərdə tutulan əyləncəli verilişdir.

Layihənin əsas məqsədi müxtəxəssislərin köməyi ilə qadınlara son dəblə ayaqlaşaraq düzgün və zövqlü geyinməkdə yardımçı olmaqdır. Layihə gözəllik yarışması deyil və əsas diqqət geyimlərə verilir. Verilişin başlıca məqsədlərindən biri də layihə boyu Azərbaycanın ən zövqlü qadınını seçməkdir. Layihədə 18 yaşından yuxarı zövqünə və geyim tərzinə güvənən qadınlar iştirak edə bilər. Qeydiyyat vasitəsiylə iştirakçı olan xanımlar 3 mərhələdən keçib finala vəsiqə qazanıb ölkənin zövqlə geyinən xanımı adı uğrunda mübarizə aparacaq. Qalibə qiymətli hədiyyələrin təqdim edilməsi nəzərdə tutulur. Xanımları stilist, model, dəb sahəsində çalışan profesionallardan ibarət münsiflər heyəti qiymətləndirəcək. Proqram boyu iştirakçılara zövqlü geyinməklə yanaşı, geyindiyi qiyafətin stilinə uyğun davranış, düzgün yerimək, makiyaj və saç düzümünun seçimində əsas hansı detallara diqqət edilməsi barədə məsləhətlərin verilməsi, eləcə də istiqamətləndirilməsi nəzərdə tutulur. Öz sahəsinin peşəkarlarından ibarət olan münsiflərin seçimiylə iştirakçılar ələmə yoluyla mərhələ-mərhələ finala qədər keçib qalib adı uğrunda mübarizəyə qatılacaq. Finalda zövqünə güvənən 10 xanımın iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, layihədə iştirak etmək istəyən xanımlar www.atv.az saytından qeydiyyatdan keçərək qatıla bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...