Azərbaycanın qalmaqallı və geyimləri ilə səs-küy yaradan stilist Samiraldodan ( Samir Əliyev) xəbər var. Stilist bir müddət bundan öncə kostyum geyinərək hər kəsi təəccübləndirmişdi. Samiraldonun yenidən əvvəlki imicinə qayıtması haqda maraqlandıq. SİA-ya açıqlama verən stilist bunları dedi: "Kostyumu bir dəfə geyindim. O geyim tərzi mənim iç dünyamdır. Ciddi geyimdə məni ancaq doğmalarım görə bilər. Yenidən əvvəlki imicimə qayıdacam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB