Türk kanallarından birində yayımlanan Selçuk Yöntemin aparıcılıq etdiyi "Böyük Risk" yarışmasında maraqlı an yaşanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, suallardan biri tanınmış aktrisa Beren Saat haqqında olub. Sualda "İntikam" teleserialında qadın baş rol obrazını kimin oynadığı soruşulub. Lakin yarışmaçılardan heç kim suala düzgün cavab verə bilməyib. "Aşk-ı Memnu" teleserialındakı həmkarı və yarışmanın aparıcısı olan Selçuk Yöntem bu vəziyyətə çox təəccüblənib.
Nəzərinizə çatdıraq ki, "İntikam" teleserialının baş rol oyunçusu Beren Saatdır.
Xatırladaq ki, Beren Saat bu günə qədər "Aşka Sürgün", "Aşk-ı Memnu", "Fatmagülün Suçu Ne?" kimi teleseriallarda baş rol ifaçısı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB