Azərbaycanlı müğənni Əbdül Xalid "Qismət" adlı yeni mahnısının klip təqdimatını keçirdib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə səbəbkarın sənət dostlarından əməkdar artist Tünzalə Ağayeva, Emil Bədəlov, Yaşar Cəlilov iştirak edib.
Mərasimi giriş sözü ilə açan Əbdül Xalid yeni çəkdirdiyi klip haqqında danışıb: " "Qismət" adlı klipim rejissor Ramin Ələsgərov tərəfindən hədiyyə olunub. Ancaq texniki xərclər üçün müəyyən qədər pul xərcləmişəm. Onu da nəzərinizə çatdırım ki, 2012-ci ildə yaradıcılığımda durğunluq hiss olunurdu. Buna səbəb isə maddi problemlərimin olması idi. Ancaq bu ildən etibarən yeni-yeni mahnılarla tamaşaçıların qarşısına çıxacam".
Qeyd edək ki, "Qismət" adlı mahnının musiqisi Bəbir Bəbirova, sözləri Vüsal Zəfəroğluna məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB