Azərbaycan şou-biznesinin qalmaqallı müğənnisi Kərim Abbasov ikinci dəfə ailə qurduqdan sonra şəxsi həyatı barədə danışmaqdan çəkinirdi. Ənənəsinə sadiq qalmayan ifaçı bu dəfə həyat yoldaşı Təranədən söz açdı. SİA-ya açıqlama verən Abbasov həyat yoldaşından razı olduğunu dilə gətirdi: "Hər kəsə öz xanımım kimi qadın arzu edirəm. Çünki uşağımın anası ailəsinə çox sadiq biridir. Həyat yoldaşım anamdan və atamdan görmədiyim qayğını göstərir. Başmaqlarıma qədər geyindirir. Onu da nəzərinizə çatdırım ki, ikinci dəfə ailə quranda xanımıma and içdim ki, ona heç vaxt xəyanət etməyəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB