Vasif Məhərrəmli özünü kimlərin sırasında gördü?

Vasif Məhərrəmli özünü kimlərin sırasında gördü?

Azərbaycan estradasının tanınmış müğənnisi Vasif Məhərrrəmli heç vaxt gündəmdən düşmədiyini iddia edib. Həmkarlarının söhbət əsanasında xalq artisti Aygün Kazımovanın, Röyanın, Nadir Qafarzadənin və öz adını çəkiləcəyini deyib. SİA-ya açıqlama verən Vasif sənətini yaxşı bilən ifaçı kimi təqdim edib: "Hazırda şou-biznesdə 5-6 müğənni var ki, onlar hər zaman gündəmdədirlər. Onlar dediyim müğənnilər sırasında xalq artisti Aygün Kazımovanın, Röyanın, Nadir Qafarzadənin və mənim də adımı çəkmək olar. Hətta şəhərdə sorğu keçirtsək buna şahid ola bilərik. Onu da deyim ki, bu vaxtadək sənətimi, xasiyyətimi tamaşaçılara göstərmişəm. Yenidən nəyisə sübut etmək fikrində deyiləm".

Bütün xəbərlər Facebook səhifəmizdə