Erməni müğənniyə cəza verildi

Türkiyə məhkəməsi erməni rok musiqiçisi Hayko Çepkini cəzalandırıb. SİA-nın məlumatına görə, məhkəmə erməni müğənnisinin Kazım Karahanı döydüyü və dizini sındırdığı üçün ona 11 min lirə (5500 dollar) təzminat ödəməli olduğuna qərar verib. Kazım Karahan 45 min lirə təzminat tələb etdiyi halda, hakim bunu qismən təmin edib.

Qeyd edək ki, hadisə 2007-ci ilin avqustunda baş verib. Tıxacda qalan Hayko Çepkin taksidə olan sərnişin Kazım Karahanla mübahisə edib. Mübahisə davaya çevrilib. Kazım Karahan insidentdən sonra məhkəməyə müraciət edərək, sınan dizinə görə təzminat tələb edib.
Hayko Çepkin isə bildirib ki, Kazım Karahan ona hücum edib: "O, məni vurmaq istədi. Mən onun əlindən tutdum və yerə yıxıldı". Nəticə etibarilə, məhkəmə erməni müğənninin yalanına inanmayıb və cərimələnməsi istiqamətində qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə