Təşkilatçı hardadır?

"SOY" prodakşnın baş təşkilatçısı Oktay Əliyevin harda olması ilə maraqlandıq. Uzun zamandan bəri efirlərdən kənar düşən Oktay müəllimlə əlaqə saxladıq. Əliyev telefonumuza cavab verərək SİA-ya bunları dedi: "Bu aralar başım işlərimə qarışıb. 15 gündən artıqdır ki, dayanmadan işləyirəm. Hətta az qala evimin yolunu belə unutmuşam. Hazırda "Üç bacı" serialı üzərində çalışırıq. Odur ki, başım yaradıcılıq işlərimə qarışıb".

Bütün xəbərlər Facebook səhifəmizdə