Azərbaycanlı müğənni Manaf Ağayevin "Ay canı yanmış" adlı mahnısı erməni ifaçısı Vartan Taymazyan tərəfindən mənimsənilib. Erməni ifaçısı mahnının adını dəyişərək "Havata" adı qoyub. Erməni müğənnisi azərbaycanlıların bəyənmədiyi "Ay canı yanmış" mahnısına hətta klip belə çəkdirib. Bu haqda SİA-ya açıqlama verən M. Ağayev fikirlərini bildirib: "Sözügedən musiqini bir çox insanlar bəyənmirdi. Amma o mahnı bəyənilməsəydi el şənliklərində istifadə olunmazdı. "Ay canı yanmış" mahnısı hər zaman xalq tərəfindən sevilib. Erməni ifaçısının mahnımı oxuyub, üstəlik klip çəkdirdiyini görəndə çox təəccübləndim. O klipə baxanda bir qarabağlı kimi mənə pis təsir elədi. Onu da deyim ki, erməni müğənniləri bir çox həmkarlarımın mahnılarını oxuyublar. Amma heç nə edə bilməmişik. Mən də vəkil tutub lazim olan işləri görəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB